Monrealda erməni terroruna qarşı aksiya keçirilib
2020-11-02 14:04
Kanadanın Monreal şəhərində işğalçı erməni ordusunun Gəncə, Bərdə terroruna etiraz olaraq icazəli aksiya keçirilib. Aksiyada “Qarabağ Azərbaycandır!”, “Erməni təcavüzünə son qoyun!” kimi şüarlar səsləndirilib. Azərbaycanın haqlı mübarizəsini dəstəklədiklərini bildirən iştirakçılar təcavüzkar erməni ordusunun döyüş bölgəsindən uzaqda yerləşən şəhərlərə, dinc əhaliyə istifadəsi qadağan edilmiş kasetli raketlərlə hücumlarını kəskin şəkildə pisləyiblər.
Nərgiz Camal