Monitorinq insidentsiz başa çatıb
2020-02-06 14:00
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, bu gün Tərtər rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monotorinq keçirilib. Müdafiə Nazirliyinin məlumatına görə, monitorinq insidentsiz başa çatıb. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik monitorinqi Azərbaycan tərəfindən keçirib.
Ruhəngiz Hacızadə