Bu günə kimi molla rejiminə qarşı nümayişlərdə 530 insan öldürülüb. Onlardan 71-i azyaşlıdır. Habelə, 19763 etirazçı həbs olunub. Həbs edilənlərdən 181 nəfərinin yaşı 18-ə çatmayıb. Tehran Universitetinin tələbələri rejim əleyhinə bukletlər paylayıblar. Məktəblilərsə dərs kitablarından Xomeyninin şəkillərini cırıb yandırırlar. Onlar "İranın bədbəxtliyinin səbəbkarının şəklini cırıb yandırmaq lazımdır", "Qadın, həyat, azadlıq!", - deyə, şüarlar səsləndirirlər.
Bəluçitanda beş ay öncə hökumət qüvvələrinin açdığı atəş nəticəsində yaralanan Fərşid Dejənd adlı gənc 5 ay koma vəziyətində qaldıqdan sonra həyatını itirib.
Muğan şəhərində isə Beynəlxalq Ana Dili Günü münasibətilə fəallar urmiyalı uşaq və yeniyetmələrə yüzlərlə kitab paylayaraq, ana dilinin, Azərbaycan kimliyinin qorunub saxlanmasının vacibliyini vurğulayıblar.
Nərgiz Camalzadə