Molla rejiminə qarşı etirazlar davam edir
Mazandaran əyalətinin Nur şəhərində yük maşını sahibləri 2 gündür ki, avtomobillərini yolda saxlayaraq tətil keçirirlər.
İlam əyalətinin Sərable şəhərində insanlar Xomeneyini və Xomeneyinin şəkli olan banerə od vurublar.
Şiraz şəhərində Bəsic qüvvələrinin bazası etirazçı gənclər tərəfindən yandırılıb.
İzə şəhərində isə sakinlər dini məktəbi yandırıblar. Buna, molla rejimi tərəfindən öldürülən 10 yaşlı Kian Pirfələkin anası Zeynəb Mövlairadinin həmin yerdə işləməsinə qadağa qoyulması səbəb olub.
Vüsalə Cənnətova