Moldovada Azərbaycanın qələbəsi coşqu ilə qeyd edilib
2020-11-11 10:06
Moldova sakinləri paytaxt Kişinyovun mərkəzi meydanında toplaşaraq, Azərbaycanın qələbəsini qeyd ediblər. Qarabağ qələbəsinin ölkəmizin rəhbərliyinin səriştəsi, milli ordumuzun gücü və xalqın dəstəyi nəticəsində əldə olunduğu vurğulanıb. Moldovalı deputat Sergiu Sirbu Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı əldə edilən uğurun digər oxşar münaqişələrin həlli yolunda nümunə olacağına ümid etdiyini bildirib.
Nərgiz Camal