Moldova və Azərbaycan kənd təsərrüfatı sektorunda əməkdaşlığı genişləndirmək niyyətindədir
Moldova və Azərbaycan kənd təsərrüfatı sektorunda əməkdaşlığı genişləndirmək niyyətindədir. Bunu Moldovanın baş naziri Natalya Qavrilitsa deyib. Onun sözlərinə görə, Moldova hazırda təkcə enerji ehtiyatlarının deyil, həm də gübrə tədarükünün şaxələndirilməsi mərhələsindədir. "Bizim bu baxımdan əməkdaşlığımız məhsuldardır. Biz artıq Azərbaycandan gübrə idxal edirik", - deyə o bildirib.