Moldova - Azərbaycan oyununu ukraynalı hakimlər idarə edəcək
Moldova və Azərbaycan milli komandaları arasında futbol üzrə yoldaşlıq oyununun hakimləri bəlli olub. Qarşılaşma Ukraynadan olan hakimlər briqadasına tapşırılıb. Noyabrın 16-da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21-də başlayacaq.