Misli Premyer Liqası: Çempion "Sabah" "Kəpəz"ə qarşı
Azərbaycan Premyer Liqasında bu gün XXXI turun daha iki oyunu keçiriləcək. Günün ilk matçında saat 16:30-da "İmişli" doğma meydanda "Zirə" ilə qarşılaşacaq. Turun digər oyununda isə lider "Sabah" saat 19:30-da "Kəpəz"i qəbul edəcək. Premyer Liqada XXXI tura mayın 10-da yekun vurulacaq.
08 may 2026

