Mirzoyan: Azərbaycanla sülh var, Türkiyə ilə sərhəd açıla bilər
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla sülhün mövcud olduğunu, Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesində isə irəliləyiş əldə edildiyini bildirib. Varşava Təhlükəsizlik Forumunda çıxış edən nazir Azərbaycanla münasibətlərdə hələ bir neçə addımın atılmalı olduğunu vurğulayıb. O, Türkiyə ilə sərhədin bağlı qaldığını, lakin yaxın gələcəkdə açılmasının mümkün olduğunu qeyd edib.
14 oktyabr 2026

