Miqrasiya Xidməti ölkəmizdəki əcnəbilərə müraciət edib
2020-10-15 12:04
Dövlət Miqrasiya Xidməti ölkəmizdə yaşayan, işləyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət edib. "Əmin ola bilərsiniz ki, Azərbaycanda təhlükəsizliyinizin təmin olunması və bundan sonra da ölkəmizdə sabitlik, sülh, əmin-amanlıq şəraitində yaşamanız üçün bütün tədbirlər davam etdiriləcək" - deyilən sənəddə bu çətin və sınaq dolu günlərdə Azərbaycanın haqq mübarizəsində göstərilən dəstəyə görə minnətdarlıq ifadə olunub.
Nərgiz Camal