MİQ-dən narazı qalanların apellyasiya şikayətinə baxılacaq
Dövlət ümumi təhsil müəssisələrinə müddətsiz müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin əlavə vakansiya seçimində vakant yer tutan şəxslərin apellyasiya müsahibələrinin keçiriləcəyi tarix bəlli olub. Məlumatlar onların şəxsi səhifələrinə göndərilib. Elm və Təhsil Nazirliyinin məlumatına görə, müsahibələr yanvarın 27-də onlayn təşkil olunacaq.