"Minumum hədəf final mərhələsinə vəsiqə qazanmaq idi və əsas vəzifəni yerinə yetirdim"- Vladimir Litvintsev
2021-02-08 14:12
"Minumum hədəf final mərhələsinə vəsiqə qazanmaq idi və əsas vəzifəni yerinə yetirdim". Pekin-2022 Qış Olimpiya Oyunlarında çıxış edən Azərbaycanın fiqurlu konkisürəni Vladimir Litvintsev buz üzərində sürüşərkən təmiz proqram göstərdiyini deyib. 21 yaşlı idmançı ilk dəfə çıxış etdiyi olimpiadada finala yüksəldiyi üçün şad olduğunu bildirib. Onun növbəti proqramı fevralın 10-da sərbəst proqramda baş tutacaq.
Nərgiz camal