Minskdə Gəncə Avtomobil Zavodunda kommunal texnika yığılacaq - saziş imzalanıb
Aprelin 7-də Belarusun paytaxtı Minskdə Gəncə Avtomobil Zavodu ilə MAZ arasında 100 ədəd yeni kommunal texnikanın yığılmasına dair saziş imzalanıb.Sənəd Prezident İlham Əliyev və Belaruslu həmkarı Aleksandr Lukaşenko tərəfindən verilmiş tapşırıqların icrası çərçivəsində imzalanıb. Kommunal texnika Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sifarişi ilə istehsal olunacaq və ölkə üzrə şəhər infrastrukturuna xidmət göstərəcək. Layihə Azərbaycan-Belarus iqtisadi əməkdaşlığının genişlənməsinə və kommunal texnika parkının yenilənməsinə töhfə verəcək.
08 aprel 2026

