Minsk qrupu Ermənistanı Azərbaycanın nizamlanma üzrə təklifini qəbul etməyə çağırdı

ABŞ Azərbaycan və Ermənistan qoşunlarının təmas xətti boyunca atəşkəs rejiminin pozulması barədə iddiaların yoxlanılması üçün ATƏT-in araşdırma mexanizminin tətbiqi məsələsini tam dəstəkləyir. Bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib. O bildirib: "Biz Ermənistanı Azərbaycanın Minsk qrupunun himayəsi altında danışıqlara çağırışına diqqət yetirməyə dəvət edirik ki, bu da sülh yolu ilə uzunmüddətli nizamlanmanın əldə edilməsinə xidmət edə bilər". Sitatın sonu.

Vəfa Şairova