Minik maşını traktorla toqquşub, 5 nəfər yanaraq ölüb
Zərdab-Ağcabədi avtomobil yolunda "KİA" markalı minik maşını hərəkətdə olarkən traktorla toqquşub.Bu zaman avtomobildə anidən yanğın başlayıb.Qəza zamanı avtomobildə olan 5 nəfər- avtomobilin sürücüsü 1989 təvəllüdlü Elyar Qalib oğlu Məhəmmədov, 1954 təvəllüdlü Qalib Soltan oğlu Məhəmmədov, 1981 təvəllüdlü Susanna Namizəd qızı Məhəmmədova, 1956 təvəllüdlü Səkinə Sədulla qızı Məhəmmədova və 1979 təvəllüdlü Mehriban Zabit qızı Kərimova yanaraq ölüb.1997-ci il təvəllüdlü Reyhan Nəsib qızı Məhəmmədova isə hadisə zamanı xəsarət alıb.Faktla bağlı araşdırma aparılır.
09 sentyabr 2026

