Minifutbol millimiz bu gün Avropa çempionatında 1/4 final matçına çıxacaq
Azərbaycanın minifutbol millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa çempionatında bu gün 1/4 final matçına çıxacaq. Elşad Quliyevin rəhbərlik etdiyi komanda Qazaxıstanla qarşılaşacaq. Matçın start fiti saat 19:00-da səsləndiriləcək. Millimiz bundan öncəki mərhələdə Bolqarıstana qalib gəlib.
Azad Mustafayev