Minifutbol millimiz Avropa çempionatında Fransa ilə qarşılaşacaq
Azərbaycanın minifutbol millisi Sarayevoda keçirilən Avropa çempionatında bu gün növbəti matçını keçirəcək. Millimiz qrup mərhələsinin üçüncü turunda Fransa ilə qarşılaşacaq. Bundan əvvəlki iki turda Azərbaycan yığması Belçikanı 3:0, İtaliyanı isə 2:1 hesabı ilə məğlub edib. Hazırda komanda 6 xalla liderdir.
Zülfiyyə Telmanqızı