Minifutbolçularımız qürurlandırmağa davam edir
Minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında növbəti oyununu keçirib. Yığma 1/8 finalda Portuqaliya seçməsi ilə qarşılaşıb. G qrupun 3 oyuna 3 qələbəylə lider başa vuran yığmamız bu mərhələdə rəqibini 3:0 hesabı ilə üstələyərək, 1/4-ə yüksəlib. Millimiz 1/4 finalda bu gün Bolqarıstan ilə qarşılaşacaq.
Emin İsazadə