Mingəcevirdə batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub
2021-06-03 10:11
Mingəcevirdə batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub. Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib. "Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Mingəçevir sularda xilasetmə məntəqəsinin ərazisində, qeyri-çimərlik ərazidə çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas edilib" - məlumatda deyilir.
Nərgiz camal