Mingəçevirdəki qəzada 1 nəfər yaralandı
2020-03-27 14:05
Mingəçevirdə, Heydər Əliyev prospektindən Xaldan şosesi istiqamətində qəza qeydə alınıb. “Mercedes” və “Nissan” markalı minik maşınları toqquşub. Qəza nəticəsində müxtəlif bədən xəsarətləri alan 40 yaşlı Elman Əliyev xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Nərgiz Camal