Mingəçevirdə zəlzələ olub
Mingəçevir şəhərində 4,5 bal gücündə zəlzələ olub. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib. Yeraltı təkanlar Mingəçevirlə yanaşı, Gəncə, Yevlax, Goranboy ərazilərində də 3-4 bala qədər hiss olunub. FHN-dən verilən məlumata görə, zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət barədə məlumat daxil olmayıb.
Nərgiz Camalzadə