Mingəçevirdə yol qəzasında 2 nəfər xəsarət aldı
2020-02-18 18:04
Mingəçevirdə yol qəzası baş verib. Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. “Niva” və “Chery” markalı minik avtomobillərinin toqquşması nəticəsində iki nəfər – 20 yaşlı Fərhad Verdiyev və 53 yaşlı Vidadi Mikayılov xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.
Fərid Mehdiyev