Mingəçevirdə yol-nəqliyyat hadisəsi olub
2021-02-22 10:03
Mingəçevirdə yol-nəqliyyat hadisəsi olub. Qəza “Stansiya Mingəçevir” adlanan ərazidə qeydə alınıb. "VAZ-2107" və "Mercedes" markalı avtomobillər toqquşub. "Mercedes" zərbənin təsirindən idarəetmədən çıxaraq su kanalına düşüb. Hadisə nəticəsində xəsarət alanın olduğu bildirilir.
Nərgiz camal