Mingəçevirdə yanğın olub, 2 nəfər tüstüdən zəhərlənib
2020-12-26 10:04
Mingəçevir şəhərində beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yanğın olub. Hadisə zamanı 2 nəfər tüstüdən zəhərlənmiş vəziyyətdə yanğınsöndürənlər tərəfindən xilas edilib. Alov FHN əməkdaşları tərəfindən söndürülüb.
Nərgiz Camal