Canlı
Mingəçevirdə yaşayış binasında yanğın olub, 1 nəfər ölüb

2018-09-12 / 16:13

Mingəçevirdə, Nərimanov küçəsi, 49 ünvanında yanğın qeydə alınıb. Dördmərtəbəli yaşayış binasının ikinci mərtəbəsindəki mənzillərdən birində yanğın çıxıb. Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin 2 yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb. Mənzil sahibi, təxminən, 55 yaşlarında olan Sergey Borisov yanaraq ölüb. 4 nəfər bina sakini tüstüdən zəhərlənib və lazımi tibbi yardım göstərilib. Fakt araşdırılır.

Ruhəngiz Hacızadə