Mingəçevirdə vətəndaşlara qarşı 30 min manatlıq dələduzluq edən qadın saxlanılıb
2021-06-13 12:12
Mİngəçevirdə dələduzluq yolu ilə insanların etibarından sui-istifadə edərək onlara külli miqdarda ziyan vuran Bakı sakini Şəlalə İsmayılova saxlanılıb. Onun işə düzəltmə, sosial yardım və pensiya təyin etdirmə vədləri ilə ümumilikdə 10 nəfəri aldadaraq 30 min manata yaxın pulu mənimsədiyi məlum olub. Faktla bağlı cinayət işi başlanılıb.
Vüsalə camal