Mingəçevirdə tələbə bıçaqlanıb

2019-09-10 12:39

Mingəçevirdə tələbə bıçaqlanıb. Heydər Əliyev prospektində bir neçə şəxsin iştirakı ilə münaqişə və dava olub. Nəticədə 19 yaşlı Adil Məmmədov bıçaqlanıb. Ona qol, kürək və baş nayihələrindən müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib. Gənc xəstəxanaya çatdırılıb. Məlumata görə, bıçaqlanan gənc Bakıda kolleclərin birində təhsil alır və sonuncu kurs tələbəsidir. Fakt araşdırılır.

Vüsalə Camal