Mingəçevirdə silah-sursat aşkarlanıb
2021-10-14 12:05
Mingəçevir şəhəri Energetiklər yaşayış massivindəki çöllük ərazidə silah-sursat aşkarlanıb. Hadisə yerinə cəlb olunan polis əməkdaşları oradan 823 ədəd avtomat, 31 ədəd iri çaplı pulemyota məxsus güllələr, eləcə də 3 ədəd müxtəlif təyinatlı əl qumbarası götürərək aidiyyatı üzrə təhvil veriblər.
Nərgiz camal