Mingəçevirdə oğurluq edən şəxs saxlanılıb
2020-06-11 12:08
Mingəçevir Şəhər Polis Şöbəsinə şəhər ərazisində yerləşən mağazaların birindən notbuk oğurlanması barədə müraciət daxil olub. Keçirilmiş əməliyyat tədbirləri ilə hadisəni törədən şəxsin Fərid Şərifli olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb. Onun daha bir evdən oğurluğa cəhd etdiyi də məlum olub. Saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib.
Vəfa Şairova