Mingəçevirdə məktəbdə yanğın olub

2019-01-11 / 12:01

Mingəçevir şəhərində orta məktəbdə yanğın olub. Hadisə məktəbin ikinci mərtəbəsindəki paylayıcı şitdə qısaqapanma nəticəsində baş verib. Məktəbin 10-cu sinif şagirdlərindən biri yanğınsöndürmə balonu ilə yanğını qismən neytrallaşdırıb. Bundan sonra şagirdlər təxliyə olunublar. Hadisə yerinə FHN-nn üç yanğınsöndürmə briqadası cəlb olunub. Yanğın söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmasa da, tüstüdən narahatlıq keçirən şagirdlər evə buraxılıb. Faktla bağlı araşdırma aparılır.

Ruhəngiz Hacızadə