Mingəçevirdə kəsici alətlə bir-birinə xəsarət yetirən şəxslər xəstəxanaya yerləşdiriliblər
Mingəçevirdəki kafelərin birində mübahisə zamanı 1992-ci il təvəllüdlü Fariz Aslanov kəsici alətlə 1965-ci il təvəllüdlü Çingiz Əliyev və 1986-cı il təvəllüdlü Ariz Tağıyevə xəsarət yetirib. Daha sonra isə Çingiz Əliyev kəsici alətlə Fariz Aslanovu yaralayıb. Hər üç şəxs xəstəxanaya yerləşdirilib. Fakt araşdırılır.
Nərgiz Camalzadə