Canlı
Mingəçevirdə insanların pullarını mənimsəyən Gəncə sakini saxlanılıb

2018-10-11 / 14:42

Mingəçevirdə sakinlərin etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onların bank hesablarından pullarını çıxararaq mənimsəməkdə şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla onun Gəncə sakini, əvvəllər məhkum olunmuş Əli Əzizov olduğu müəyyən edilib. O, Mingəçevir sakinləri olan iki nəfərin ümumilikdə 332 manat pulunu bank hesabından çıxararaq mənimsəyib. Fakt üzrə araşdırmalar davam etdirilir.

Ruhəngiz Hacızadə