Mingəçevirdə iki nəfəri bıçaqlayan şəxs saxlanılıb
2021-11-18 14:09
Mingəçevirdə şəhər sakini, 53 yaşlı Fəxrəddin Salmanov aralarında baş verən münaqişə zəmnində həmyerliləri - 22 yaşlı Fərid Əliyevi və 35 yaşlı Akif Qəniyevi bıçaqlayıb. Yaralılar dərhal xəstəxanaya yerləşdiriliblər. Hadisəni törədən şəxs saxlanılıb, fakt araşdırılır.
Vüsalə camal