Canlı
Mingəçevirdə idarəetmədən çıxan “Hyundai” divara çırpıldı, 3 nəfər yaralandı

2018-06-13 / 18:08

Mingəçevirdə idarəetmədən çıxan “Hyundai” markalı avtomobil yolun kənarındakı divara çırpılaraq ağır deformasiyaya uğrayıb. Qəza nəticəsində sürücü və avtomobildə olan iki qadın sərnişin - Mingəçevir sakini, 28 yaşlı Elmira Məmmədova və Gəncə sakini, 32 yaşlı İlahə Əmiraslanova ağır bədən xəsarətləri alıb. Sürücüyə hadisə yerində tibbi yardım göstərilib və ambulator müalicəyə göndərilib. Digər yaralılar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Vüsalə Camal