Mingəçevirdə gəlin və qayın evdən 20 min manat oğurlayıb
2021-11-03 14:05
Balakəndə 2 evdən 6400 ABŞ dolları və 7000 manat pul, 4500 manat dəyərində qızıl və gümüş əşyaları oğurlanıb. Əməli törətməkdə şübhəli bilinən Şuşa sakini E.İbrahimov və həmin əşyaları evində saxlayan Balakən sakini L.Qardaşova saxlanılıblar. Mingəçevirdə isə mənzillərin birindən 20 000 manat pulun oğurlanıb. Hadisəni törətməkdə şübhəli bilinən ev sahibinin oğlu R.Rəhimov və digər oğlunun arvadı müəyyən edilərək tutulublar.
Fərid Mehdiyev