Mingəçevirdə güclü partlayış baş verib, xəsarət alanlar var
2021-12-28 18:12
Mingəçevirin Günəşli masssivində yerləşən 12-ci küçədə güclü partlayış baş verib. Hadisəyə ilkin səbəb kimi qaz sızması bildirilir. Partlayış zamanı 10-dan artıq evə, bir avtomobilə zərər dəyib. Güclü partlayış olan evdə yanğın da qeydə alınıb. Hadisə nəticəsində 29 yaşlı İlkin Məmmədov və 55 yaşlı Sevinc Qənbərova, həmçinin qonşu mənzildə yaşayan 24 yaşlı Aynurə Ələkbərova müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Nərgiz camal