Mingəçevirdə güclü külək fəsadlar törədib
Mingəçevirdə güclü külək fəsadlar törədib, bəzi küçələrdə müxtəlif növ ağacları kökündən qoparıb. İri gövdəli çinar ağacının qırılaraq qaz borusunun üzərinə düşməsi nəticəsində 3 binada mavi yanacağın verilişində fasilələr yaranıb. Xəsarət alan olmayıb.