Mingəçevirdə 64 yaşlı kişi kanalda batıb
2020-04-25 16:02
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Yuxarı Qarabağ kanalının Mingəçevirdən keçən hissəsində 64 yaşlı Afiq Hacıyevin batması barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Fərid Mehdiyev