Mingəçevirdə 37 yaşlı kişi 15 yaşlı yeniyetməni güllələyərək öldürüb
2021-11-19 10:02
Mingəçevirin keçmiş məcburi köçkünlərin məskunlaşdığı Yeni Həyat qəsəbəsində güllələnmə hadisəsi qeydə alınıb. Ağdamın Gülablı kənd sakini, 37 yaşlı Qasımov Əlvan Nuxa oğlu uşaqlar arasında baş verən münaqişə zəminində Xankəndi şəhər, Kərkicahan qəsəbə sakini, 15 yaşlı Kərimov Orxan Tofiq oğlunu odlu silahla güllələyib. Kərimov xəstəxanaya aparılarkən yolda həyatını itirib. Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Vüsalə camal