Mingəçevirdə 19 yaşlı gənc adam bıçaqlayıb
Qusarın Torpaqkörpü kəndində 2012-ci il təvəllüdlü Bədəlov Emil Radik oğlu özündən yaşca balaca qardaşının tir tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılan atəşlə sağ göz nahiyəsindən xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb, vəziyyəti ağırdır. Mingəçevirdə isə kütləvi dava olub. Bir qrup şəxs arasında baş verən kütləvi mübahisə zamanı 2004-cü il Hüseynzadə Fazil Zahir oğlu üzərində gətirdiyi bıçaqla 1992-ci il təvəllüdlü Məmmədov Rauf Kamal oğlunu bıçaqlayıb. Faktlar araşdırılır.
Nərgiz Camalzadə