Mingəçevirdə şagirdlər arasında “Hepatit A” virusuna yoluxma aşkarlanıb
Mingəçevirdə şagirdlər arasında “Hepatit A” virusuna yoluxma aşkarlanıb. Mingəçevir Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib ki, son bir həftə ərzində Mərkəzi Şəhər Xəstəxanasından 6 şagird barəsində bildiriş vərəqəsi daxil olub. Onlardan 4 nəfərdə "Hepatit A" virusu aşkarlanıb, iki nəfərin yoluxması hələlik təsdiqini tapmayıb. Mərkəzi Aran Regional Təhsil İdarəsinin rəsmi nümayəndəsi Rüstəm Aslanov uşaqların artıq Bakıda xəstəxanaya göndərildiyini qeyd edib.
Lalə Nəsib