Mingəçevirdə şagird məktəbin üçüncü mərtəbəsindən yıxılıb
2021-05-29 14:07
Mingəçevirdə şagird məktəbin üçüncü mərtəbəsindən yıxılıb. Hadisə Texniki Humanitar Liseydə baş verib. Liseyin 7-ci sinif şagirdi, 13 yaşlı Məmmədova Solmaz Telman qızı ehtiyatsızlıq nəticəsində üçmərtəbəli lisey binasının sonuncu mərtəbəsindən yerə yıxılıb. Müxtəlif bədən xəsarətləri alan yeniyetmə xəstəxanaya yerləşdirilib.
Nərgiz camal