Mingəçevirdə üzərində silah-sursat gəzdirən şəxs saxlanılıb
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən üzərində qanunsuz odlu silah-sursat gəzdirən şəxs tutulub. Bir neçə dəfə məhkum olunmuş Yusif Ağayevin üzərinə baxış keçirilən zaman “TT” markalı tapança, 8 ədəd patron və sandıqca aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində tapançanı bir neçə il əvvəl tapdığını və polisə təhvil verməyərək özündə saxladığını bildirib.
Azad Mustafayev