Mingəçevir sakini qonşusunu küçədə bıçaqlayıb
2020-05-18 18:05
Mingəçevirin 20 yanvar küçəsi, 20 saylı binanın qarşısında bıçaqlanma hadisəsi baş verib. Şəhər sakini, 34 yaşlı Rəşad Əsədov, qonşusu, 35 yaşlı Samir Vəliyev ilə mübahisə edib. Mübahisə nəticəsində R.Əsədov S.Vəliyevin bədəninin müxtəlif hissələrinə 2 bıçaq zərbəsi endirib. Yaralı xəstəxanaya çatdırılıb.
Fərid Mehdiyev