Mingəçevir də raket atəşinə tutulub, Su Elektrik Stansiyasını hədəfə alınıb
2020-10-11 10:03
Baş prokurorluğun məlumatına görə, bu gün gecə saat 4 radələrində Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan Mingəçevir Su Elektrik Stansiyası hədəfə alınıb. Cəbhə zonasından 100 km-dən artıq uzaqlıqda yerləşən, iri sənaye şəhəri Mingəçevirə düşmən tərəfdən raketlər atılıb. Raketlər Ordumuzun Hava Hücumundan Müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib.
Fərid Mehdiyev