Mingəçevir Şəhər Peşə Məktəbində yeni ixtisaslar açılıb
Mingəçevir Şəhər Peşə Məktəbində 2015-2016-cı tədris ili üçün şagirdlərin istehsalat təcrübələrini artırmaq məqsədilə yeni ixtisaslar açılıb. Həmçinin məktəbə kimyəvi analiz laborantı və qaynaqçı peşəsinə aid yeni avadanlıqlar da gətirilib. Burada qaz qaynaqçısı, dülgər, tornaçı, avtomobillərin təmiri üzrə çilingər, kompyuterlərin təmiri və xidməti üzrə texnik, kompüter operatoru kimi peşələrə dair dərslər keçirilir.
Vəfa Şairova