Minatəmizləyən robotların alınması üçün danışıqlar gedir
2021-12-16 12:00
Azərbaycanın azad olunmuş ərazilərindəki minaların təmizlənməsi bir günlük iş deyil. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib ki, xəritələr düzgün verilmədiyindən bu ərazilərdə minaların təmizlənməsi çətindir. "Minatəmizləyən robotlar alınmaq üzrədir. Bu barədə danışıqlar gedir. Xüsusi təlim itləri hazırlanır. Bu ərazilər təmizlənmədən sonra infrastruktur qurulacaq, kənd təsərrüfatının inkişafı üçün şərait yaradılır".
Vüsalə camal