Minatəmizləmə Agentliyinin bölmə rəhbəri minaya düşüb
2020-01-29 14:05
Bu gün saat 11 radələrində Ağdamın azad olunmuş ərazisində Azərbaycan Minatəmizləmə Agentliyinin bölmə rəhbəri, 38 yaşlı Mirzəyev Elməddin Tofiq oğlu xidməti vəzifəsini yerinə yetirərkən ermənilər tərəfindən basdırılmış piyada əleyhinə minanın zərərsizləşdirilməsi zamanı partlayış baş verib. "Sol ayağın topuqdan aşağı ətrafının travmatik amputasiyası” xəsarəti və çoxsaylı qəlpə yaraları alan Elməddin Mirzəyev Xəstəxanaya çatdırılıb və əməliyyat olunub. Faktla bağlı Rayon prokurorluğu tərəfindən cinayət işi açılıb.
Nərgiz camal