Minalardan təmizləmə layihələrini sürətləndirməyə qərar verdik - Türkiyə Prezidenti
İşğaldan azad edilmiş ərazilərdə rekord müddətə inşa edilən Füzuli və Zəngilan aeroportları bölgənin inkişafı baxımından son dərəcə əhəmiyyətlidir. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minatəmizləmə prosesinin sürətlənməsinə dair qərar verildiyini vurğulayıb. Bundan əlavə, Türkiyə Prezidenti Şuşa bəyannaməsinin imzalanması ilə Azərbaycan-Türkiyə münsabətlərində yeni dövrün başladığını da diqqətə çatdırıb.