Minalara görə azad edilmiş ərazilərdə 130 abidə qeydiyyata alınmayıb
Hazırda Qarabağ və Şərqi Zəngəzurda dövlət qeydiyyatında olan 130 abidənin inventarlaşdırılması başa çatmayıb. Buna əsas səbəb ərazilərin minalarla çirklənməsidir.İşğaldan azad edilmiş ərazilərdə 68 abidə tamamilə dağıdılıb, 114 abidə isə müxtəlif miqyasda dağıntılara məruz qalıb.Bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova Bakıda keçirilən “Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda konfransda deyib.
17 sentyabr 2026

